Düz bir il əvvəl, oktyabrın 11-də cəbhə bölgəsindən kənarda yerləşən Gəncə şəhəri Ermənistan tərəfindən ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə 5-i qadın olmaqla 10 nəfər həlak olub. Yaralananların sayı isə 35 nəfər təşkil edib. Onlardan 6-sı uşaq olub.
Azərbaycanın ən böyük ikinci şəhərinin bombalanması 10 oktyabrda imzalanmış atəşkəsə rəğmən baş verib.
500 mindən çox dinc əhalisi olan şəhərə Vətən müharibəsi zamanı Ermənistan tərəfindən 4, 5, 8, 11, 17 oktyabr tarixlərində raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə ümumilikdə 26 nəfər şəhid olub, 175 nəfər isə xəsarət alıb.
Sözügedən hadisə haqqında Böyük Britaniyanın "The London Post" portalı və Fransanın “Le Monde” qəzeti məqalələr dərc edib.
[gallery columns="2" size="large" ids="9432,9433"]
Həmin gün Almaniyanın Hamburq şəhərində 500-ə yaxın soydaşımız ordumuza dəstək məqsədilə mitinq keçirib. Onlar, Azərbaycan ərazilərindən işğalçıların çıxarılması üçün rəsmi Berlini Ermənstana təzyiq etməyə çağırıb.
Bu tarixdə, həmçinin Nazirlik işğaldan azad olunan Cəbrayıl rayonunun Daşkəsən kəndinin və Füzuli rayonunun Horadiz kəndinin videogörüntülərini yaymışdır: