Düz bir il əvvəl, oktyabrın 15-də Tərtər şəhər qəbiristanlığı Ermənistan tərəfindən qəsdən ağır artilleriyadan atəşə tutulub.
Həmin gün saat 13 radələrində qəbiristanlığa dəfn mərasimi keçirilərkən hücum edilib. Nəticədə 4 mülki şəxs həlak olub, 4 nəfər isə yaralanıb.
Bu hadisə 10 oktyabrda elan edilmiş humanitar atəşkəsə rəğmən baş verib.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 15-dək 43 mülki şəxs vəfat edib. Xəsarət alanların sayı isə 218 təşkil edib.