Ötən sutka ərzində “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında 25 yanğına çıxış və 3 köməksiz vəziyyətdə qalma faktı üzrə xilasetmə əməliyyatı həyata keçirilib. Bu haqda oktyabrın 15-də FHN məlumat verib.
FHN-in əməkdaşları 3 nəfər vətəndaşı, o cümlədən Sumqayıt şəhərində dənizdə batma təhlükəsi olan 1 nəfəri xilas ediblər. Yanğın zamanı 15 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.