İti suya ataraq onunla qəddar davranan şəxs müəyyən edilib. Yevlax rayon sakini İlkin Səfərov inzibati məsuliyyətə cəlb olunub. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən sentyabrın 16-da məlumat verilib.
İtə rəhmsiz rəftar göstərərək su kanalına atan İlkin Səfərovun görüntüləri sentyabrın 12-də sosial şəbəkələrdə paylaşılmışdı.
İnzibati Xətalar Məcəlləsinin “Heyvanlara rəhmsiz rəftar edilməsi” maddəsinə əsasən, heyvanların şikəst və tələf edilməsinə görə 500 manat məbləğində cərimə tətbiq olunur.