Türkiyə parlamenti Türkiyə ordusunun Azərbaycanda qalma mandatının uzadılmasını təsdiq edib. Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə göndərilən layihə parlamentdə müzakirə olunub və təsdiqlənib.
Məlumata əsasən, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha 1 il uzadılıb.
2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti vermişdir.