Azərbaycan Türkiyənin “Demirören” Holdinqi ilə əczaçılıq məhsullarının istehsalı və satışına dair anlaşma memorandumu imzalayıb. Bu barədə 16 dekabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi Twitter səhifədində məlumat verib.
Paylaşımda bildirilir ki, bu anlaşma ölkəmizə 40 milyon dollar investisiya yatırımını təmin edəcək.
Türkiyənin “Hürriyet” agentliyinin yazdığı məlumata əsasən, yaradılacaq dərman fabrikində 500 nəfərin işlə təmin olunması nəzərdə tutulub.
“Demirören” Holdinq energetika, daşınmaz əmlak, tikinti, təhsil, media, reklam, turizm, rəqəmsal texnologiyalar sahələri üzrə şirkətləri özündə birləşdirir. Həmçinin sözügedən holdinq Türkiyənin ən aparıcı lotereya oyunlarının təşkilini həyata keçirir. “CNN Türk”, “Kanal D” kimi məşhur televiziya və radio kanalları, “Milliyət”, “Hürriyyət”, “Posta” və s. qəzetlər də “Demirören” Holdinqin tərkibinə daxildir.
Qeyd edək ki, 2021-ci ilin fevral ayından “Azərlotereya” ASC “Demirören” Holdinqə daxil olan “YMT Sans B.V.” şirkətinin idarəetməsinə verilib.
yeni iş yerlərinin yaradılması istiqamətində mühüm nəticələr əldə edəcəyik.
2/2#TekMilletİkiDevlet #EconomyAz pic.twitter.com/778XdZZIpY
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 16, 2021