Türkiyə İran TIR-ları üçün bütün keçid məntəqələrini bağlayıb. Bunu oktyabrın 7-də İranla Ticarətin İnkişafı Dərnəyinin rəhbəri Özcan Alaş RİA Novosti-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu addım Türkiyənin yük maşınlarının İrana keçməsinə qoyulan qadağaya cavab olaraq atılıb.
“İranla Türkiyə arasında ticarət dövriyyəsi İranın Azərbaycanla sərhədində vəziyyətin gərgin olduğu üçün tamamilə dayandırılıb”, - deyə Özcan Alaş əlavə edib.
Son günlər Azərbaycan və İran arasında gərginlik artıb. İran Azərbaycan hakimiyyətini İsrailin Azərbaycan-İran sərhədində olması ilə günahlandırır. Azərbaycan Prezidenti İlham Əliyev Tehranın bəyanatlarını təkzib edir və sübut tələb edir.