Tərtərdə qohumunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Aqil Süleymanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə Report martın 11-də xəbər verib.
İş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası martın 18-nə təyin edilib.
Hadisə ötən ilin noyabrında qeydə alınıb. Belə ki, Tərtər sakini, 1998-ci il təvəllüdlü Tural Mustafayev şəxsi münasibətlər zəminində qohumu, 1990-cı il təvəllüdlü A.Süleymanov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
A.Süleymanov saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsilə həbs qətimkan tədbiri seçilib.