Taksi sürücüsündən 360 manatı oğurlamaqda təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə iclası başlayır. Bu barədə 12 yanvar tarixində Report məlumat verib.
Məlumatda bildirilib ki, hadisə ötən ilin dekabrın 1-də Abşeron rayonunun Qobu qəsəbəsində baş verib.
Şübhəli bilinən əvvəllər məhkum olunmuş Abşeron rayon sakini saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib.