Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən avtomobil yolunun inşası davam etdirilir. Bu barədə 31 yanvar tarixində Report məlumat verib.
4 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 22 kilometr təşkil edəcək.
Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Yolun ilk 1.8 km-lik hissəsində asfaltlanma işləri icra olunub və səki daşları yeniləri ilə əvəz olunub.
Layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının inşası, yol nişanı, kilometr göstəricisi və məlumatverici lövhələrin quraşdırılması işləri aparılacaq.
Sözügüdən yolun təməli ötən ilin oktyabrın 3-də Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur.
[URIS id=28937]