İtaliyadan olan mütəxəssislər Füzulidə tikiləcək Zəfər muzeyi, İşğal muzeyi, Memorial park və Bayraq meydanının layihələndirilməsi məqsədilə müvafiq obyektlərin yerləşəcəyi yerlərə baxış keçirib. Bu barədə 19 dekabr tarixində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Twitter səhifəsində məlumat verib.