2022-ci ildə II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında tarix fənnindən tapşırıqlar “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)” adlı elmi-metodik məqalə əsasında tərtib ediləcək. Bu barədə dekabrın 16-da Dövlət İmtahan Mərkəzi məlumat verib.
Məlumata əsasən, məqalənin ilk çapından sonra baş vermiş hadisələr nəzərə alınaraq məqalə DİM-in saytında yenilənəcək. Daha sonra isə “Abituriyent” jurnalının 2-ci sayı yenidən dərc ediləcək.
Buna səbəb məktəblərdə istifadədə olan dərsliklərdə İkinci Qarabağ müharibəsi ilə bağlı ətraflı məlumatın olmamasıdır.
Yeniliklər biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasında müzakirə olunub. Növbəti iclas dekabrın 23-də baş tutacaq.