Ötən gün, yanvarın 28-də Tata Steel Chess şahmat turnirində 11-ci turun oyunları baş tutub.
Ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakinlə heç-heçə edib. Bu nəticədən sonra Azərbaycan qrosmeysteri xallarını 6,5-ə çatdırıb və 4-cü pillədə qərarlaşıb.
Bu gün, 29 yanvar tarixində Məmmədyarov hindistanlı Vidit Santoş Qucrati ilə üz-üzə gələcək.
Yarışlar yanvarın 30-da yekunlaşacaq. Hələ ki, turnir cədvəlinə 7 xalı olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.