Ötən gün, yanvarın 30-da Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən Tata Steel Chess turnirində Şəhriyar Məmmədyarov ikinci yeri tutub.
Azərbaycan şahmatçısı sonuncu, 13-cü turda ABŞ təmsilçisi Fabiano Karuana ilə heç-heçə edib. Yekun nəticədə xallarını 8-ə çatdıran Məmmədyarov yarışı ikinci pillədə başa vurub.
Qeyd edək ki, yanvarın 29-da Azərbaycan qrosmeysteri hindistanlı rəqibi Vidit Santoş Qucratini məğlub edib.
Məmmədyarov kimi 8 xal toplayan macarıstanlı şahmatçı Rixard Rapport üçüncü yeri tutub. Turnirin qalibi isə 9,5 xala malik olan hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen olub.
[URIS id=28928]