Monteneqro hökuməti azərbaycanlı iş adamı Telman İsmayılova siyasi sığınacaq verib. Bu haqda məlumatı oktyabrın 22-də “Viesti” portalına biznesmenin vəkili Miloş Vuksanoviç verib.
Onun sözlərinə əsasən, müvəkkili ekstradisiya izolyatorundan buraxılıb.
Telman İsmayılovun Monteneqrodan siyasi sığınacaq alması barədə məlumatı onun rusiyalı vəkili Marina Rusakova da təsdiqləyib. İnterfaksın yaydığı məlumata görə, Çerkizovski bazarının sabiq direktoru Rusiyaya ekstradisiya edilməyəcək.
AST Şirkətlər Qrupunun sahibi oktyabrın 1-də Rusiyanın təqdim etdiyi order əsasında Monteneqroda saxlanılıb. O, iki biznesmen Vladimir Savkin və Yuri Brıyolevun qətlini təşkil etməkdə, həmçinin qanunsuz silah alverində ittiham olunur.