Azərbaycanlı iş adamı Telman İsmayılovun İsrailin paytaxtı Təl-Əvivdəki 3 milyon dollar dəyərində olan iki evinə həbs qoyulub. Bu haqda Rusiya “Kommersant” xəbər portalı dekabrın 7-də məlumat yayıb.
Bu əmlak sayəsində BM-Bank biznesmenin ona olan borclarının bir hissəsini ödəməyi nəzərdə tutur. Sahəsi 621 və 534 kvadratmetr olan malikanələrə bankın iddiası çərçivəsində həbs tətbiq edilib.
Qeyd edək ki, Çerkizov bazarının keçmiş sahibi özünü müflis elan etməkdə təqsirləndirilir. Ona məxsus “Ruslayn 2000” ASC BM-bankından 185 milyon dollardan çox kredit götürüb. Daha sonra keçmiş oliqarx qəsdən kreditorların tələblərini tam təmin edə bilməməsinə səbəb olan şərait yaradıb.