Azərbaycanda texniki reqlamentlərə cavab verməyən nəqliyyat vasitələrinin alqı-satqısının qarşısı alınacaq. Bu barədə 7 yanvar tarixində APA xəbər verib.
Belə ki, 2022-ci ilin aprelin 1-dək nəqliyyat vasitələrinə, onların ehtiyat hissələrinə, ləvazimat və istismar materiallarına dair beynəlxalq müqavilələrə uyğun texniki reqlamentlər hazırlanacaq.
Sözügedən reqlamentin hazırlanması Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Daxili İşlər Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.