Azərbaycan Tibb Universitetində daha 5 qrup distant təhsilə keçid edib. Bu haqda oktyabrın 28-də təhsil müəssisəsinin rəsmisi Günel Aslanova APA-ya bildirib.
Onun sözlərinə əsasən, daha əvvəl 5 qrupda da əyani təhsil dayandırılmışdır.
“Hazırda koronavirus aşkarlandığı üçün ümumilikdə 10 qrup distant təhsilə keçib”, - deyə universitetin nümayəndəsi əlavə edib.
Bugün, həmçinin koronavirusa görə Mingəçevir Texniki Humanitar Liseydə ənənəvi tədris dayandırlıb. 1630 nəfərlik şagird-müəllim kollektivindən ibarət liseydə dərslər 2 həftəlik onlayn formada keçiriləcək.