Ticarət obyektlərində geyim dəyişmə otaqlarının fəaliyyətinə icazə verilir. Bu barədə dekabrın 9-da Səhiyyə Nazirliyi məlumat yayıb.
“Dəyişmə otaqlarından istifadəyə hər müştəridən sonra dezinfeksiya işləri aparılması şərti ilə icazə verilir”, - deyə Nazirlikdən qeyd edilib.
Bundan öncə xüsusi karantin rejiminin tələblərinə əsasən, dəyişmə otaqlarından istifadə etmək qadağan idi.
Azərbaycanda karantin rejimi 2022-ci ilin yanvarın 1-dək uzadılıb. Karantin tələblərinə görə, vətəndaşlar qapalı məkanlarda maskadan istifadə etməlidirlər. Qaydanı pozan fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər isə 600 manat məbləğində cərimələnir.