2021-ci ildə yanvar-oktyabr ayları ərzində keçən ilin eyni dövrü ilə müqayisədə tikinti materiallarının istehsalı 79% artıb. Sözügedən materialların istehsalının dəyəri 700 milyon manata yaxın təşkil edib. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 15 noyabr tarixində dərc etdiyi hesabatda əks olunub.
Beləliklə, betondan yığma tikinti konstruksiyaların istehsalı 2,2 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 37%, tikinti kərpicinin istehsalı isə 31% artıb.
Ötən il tikinti materialları ən çox Bakı və Sumqayıt şəhərlərində istehsal olunub.