Prokuror sosial şəbəkədə nalayiq ifadələr yazan istifadəçini qətlə yetirən Əli Musayevə 11 illik cəza istəyib. Bu haqda aprelin 28-də Report məlumat yayıb.
Proses Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Növbəti iclas mayın 5-nə təyin edilib.
İnsident 2021-ci ildə paytaxtın Nizami rayonunda qeydə alınıb. Mərhum TikTok-da yazdıqlarına görə Ə.Musayevlə görüşüb. Aralarında baş verən mübahisə zamanı təqsirləndirilən şəxs ona sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Faktla bağlı “qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsilə cinayət işi başlanıb.