Dekabrın 24-nə keçən gecə Masallının Boradigah qəsəbəsində yerləşən məsciddən itkin kimi axtarışda olan şəxs oğurluq edib. Bu haqda dekabrın 27-də Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, məsciddən 1 plafon, 1 elektron saat, 3 fləş-kart, 1 açar dəsti və 1 mikrofon oğurlanıb.
İtkin kimi axtarışda olan Viravul kənd sakini və əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini törədilən əməldə şübhəli bilinən şəxslər qismində saxlanılıblar.