Tovuz rayonunda yük maşını ilə minik avtomobili toqquşub. Bir nəfər vəfat edib. Bu barədə Report 1 fevral tarixində məlumat verib.
Məlumatda bildirilib ki, hadisə 31 yanvar tarixində Tovuz-Qovlar avtomobil yolunda baş verib. Nəticədə “VAZ-21074” markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi açılıb.