Azərbaycanda toylarda pulu artıq adət etdiyimiz kimi zərfdə yox, “Toypay” adlı elektron terminallar vasitəsilə vermək mümkündür. Bu haqda Trend-ə şirkətin direktoru Elşən Quliyev bildirib.
Onun sözlərinə görə, belə bir aparatı bir toy üçün 200 manata icarəyə götürmək olar. Terminallar manat, dollar və avro qəbul edəcək.
Belə ki, pul yazdırmaq istəyən qonaq ad, soyadını, təbriklərini qeyd etdikdən sonra məbləği daxil edir. Şənlik bitdikdən sonra toy sahibləri bütün məlumatları əldə edir və ümumi məbləğin nə qədər toplandığını bilərək pulları terminalın seyfindən alır.
Həmçinin bununla bağlı sosial şəbəkələrdə videogörüntülər paylaşılıb:
[playlist type="video" tracklist="false" ids="44978"]