Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda xeyli sayda sənəd və dövlət nömrə nişanları tapılıb. Bu barədə İnsanoid səhmdar cəmiyyətə istinadən xəbər verir.
"Tap qaytar" layihəsi çərçivəsində tapılan 85 şəxsiyyət vəsiqəsi, 5 sürücülük vəsiqəsi, 10 xarici pasport və digər sənədlər Bakı Şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna təhvil verilib.
Tapılan sənədlər 1 ay ərzində saxlanılır, sahibi aşkar edilmədikdə müvafiq ünvanlara göndərilir. Zavod 2012-ci ildən fəaliyyət göstərir və ətraf mühitin mühafizəsinə xidmət edir.