Pomidor turşusundan zəhərlənən 35 yaşlı ata və 10 yaşlı qızı noyabrın 14-də Füzuli xəstəxanasından Bakıya çatdırılıblar. Həkimlərin səylərinə baxmayaraq, ata dünyasını dəyişib, övladı isə reanimasiyaya yerləşdirilib. Bu barədə Kliniki Tibbi Mərkəz məlumat verib.