Azərbaycanda turizm bələdçilərinin akkreditasiyası 200-500 manat təşkil edəcək. Bu barədə 7 dekabr tarixində Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası İctimai Birliyinin sədri Tural Musayev Report-a bildirib.
“Biz istəyirik ki, bu məbləğin bir hissəsi Azərbaycan Turizm Bürosu tərəfindən ödənilsin”, - deyə sədr qeyd edib.
Azərbaycanda aktiv turizm bələdçiləri 3 ildən bir akkreditasiyadan keçməlidir.
Hazırda ölkədə 300-ə yaxın turizm bələdçisi var.