Turizm sənayesinin nümayəndələri noyabrın 13-də işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər. Bu barədə Dövlət Turizm Agentliyinin rəsmi Facebook səhifəsində məlumat verilib.
Səfərdə yerli turizm şirkətlərinin və hotellərinin nümayəndələri, bələdçilər və turizm blogerləri iştirak ediblər.
Nümayəndələr “İmarət” kompleksinə, Çörək muzeyinə, Dram teatrının qalıqlarına baxış keçirilib, həmçinin Şahbulaq qalası, Ağdam Cümə məscidi və Qiyaslı kəndindəki məscidi ziyarət ediblər.
İştirakçılar Ağdamda aparılan yenidənqurulma və bərpa işləri ilə tanış olublar.