top
Türkiyə, Ukrayna, Moldova və Aİ Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi prezident seçkisini tanımır
09 sentyabr 2023, 06:55
- +

Türkiyə, Ukrayna, Moldova və Aİ Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi "prezident seçkisini" tanımır

Türkiyə, Ukrayna və Moldova XİN və Avropa İttifaqı Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi “prezident seçkilərini” tanımadıqlarını bildirib. Bu barədə 9 sentyabr tarixində İnsanoid xəbər verir.

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni qüvvələrinin nəzarətində olan ərazilərdə keçirilən qondarma "prezident seçkisi" ilə bağlı məlumat yayıb.

“Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını təşkil edən bu qeyri-legitim seçkini tanımır. Biz BMT və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa çağırırıq”.

Ukrayna Xarici İşlər Nazirliyi də Azərbaycanın Qarabağ ərazisində keçirilmiş qondarma “prezident seçkiləri”ni pisləyib.

Qeyd edilib ki, bu qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və nəticələri etibarsızdır:

“Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirir”.

Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkilərini” tanımadığını Moldova Xarici İşlər Nazirliyi də bildirib.

"Moldova XİN Moldova Respublikasının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini bir daha vurğulayır" - bəyanatda bildirilib.

“9 sentyabr 2023-cü il tarixində Xankəndi/Stepanakertdə keçirilən qondarma “prezident seçkiləri”ni nəzərə alaraq, Avropa İttifaqı bir daha bəyan edir ki, o, "seçkinin" keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır”.

Bunu Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Massrali bildirib.

“Eyni zamanda Aİ hesab edir ki, Qarabağ ermənilərinin Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir və buna hazır olan de-fakto liderlik ətrafında cəmləşməsi vacibdir. Aİ bu prosesi dəstəkləməyə sadiqdir”, – o qeyd edib.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 18:08

II-III ixtisas qrupları üzrə qəbul şərtləri və plan yerləri açıqlanıb

Bütün Xəbərlər
Dünən, 18:02

I ixtisas qrupu üzrə 16 265 dövlət sifarişli plan yeri ayrılıb

Bütün Xəbərlər
Dünən, 17:29

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Bütün Xəbərlər
Dünən, 15:17

Moldova Moskvadakı səfirini geri çağırır

Bütün Xəbərlər
Dünən, 15:17

İnternet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlikdə yeni öhdəliklər müəyyənləşib

Bütün Xəbərlər
Dünən, 15:16

Azərbaycanın Belçikadakı səfiri geri çağırılıb

Bütün Xəbərlər
Dünən, 15:15

Azərbaycanın Niderlanddakı səfiri geri çağırılaraq Belçikaya təyin olunub

Bütün Xəbərlər
Dünən, 15:14

Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb

Bütün Xəbərlər
Dünən, 14:55

AZAL artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Bütün Xəbərlər
Dünən, 14:52

Tibb Universitetində bu ixtisas üzrə təhsilhaqqı 1500 manat azaldıldı

Bütün Xəbərlər
Dünən, 14:51

Azərbaycanın Polşadakı səfiri dəyişib

Bütün Xəbərlər
Dünən, 11:47

Səhiyyə Nazirliyi lisenziyasız fəaliyyət göstərən kosmetoloqla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib

Bütün Xəbərlər
Dünən, 11:38

Litvanın Baş naziri İlham Əliyevə zəng edib

Bütün Xəbərlər
08 avqust 2026, 15:08

Hikmət Hacıyev: "İlham Əliyev müharibəni, həm də sülhü qazanıb"

Bütün Xəbərlər
08 avqust 2026, 13:36

12 yaşlıdan 79 yaşlıya: Mingəçevirdə Kür çayında üzgüçülük yarışı başladı

Bütün Xəbərlər
08 avqust 2026, 12:37

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bütün Xəbərlər
08 avqust 2026, 12:31

Gəncədə dalaşanları ayırarkən öldürülən şəxs tanınmış vəkilin qardaşı imiş

Bütün Xəbərlər
07 avqust 2026, 16:21

Ülviyyənin ölümünə görə həkimə bu cəza verildi

Bütün Xəbərlər
07 avqust 2026, 16:18

Daha bir qadın estetik əməliyyatdan sonra öldü

Bütün Xəbərlər
07 avqust 2026, 15:25

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Bütün Xəbərlər
07 avqust 2026, 14:38

Azərbaycanın Pakistandakı səfiri dəyişib

Bütün Xəbərlər
07 avqust 2026, 14:34

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Bütün Xəbərlər
06 avqust 2026, 17:35

Bəzi məhsulların sənədi olmadan ölkəyə gətirilməsi QADAĞAN EDİLİR

Bütün Xəbərlər
06 avqust 2026, 17:15

"Qaçqınkom" vahid aylıq müavinətin kimlərə şamil olunmadığını AÇIQLAYIB

Oxşar xəbərlər