Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Bu haqda oktyabrın 6-da “Azərsu” məlumat verib.
Hazırda 1980-ci illərdə çəkilmiş Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 kilometrlik hissəsinin polad borularla dəyişdirilməsi işləri davam etdirilir.
Həmçinin Şuşada iki su anbarının və su təmizləyici qurğunun inşası planlaşdırılır.
Şuşa şəhərində əhalinin məskunlaşması və turizmin inkişaf perspektivləri nəzərə alınaraq Zarıslı çayından alternativ su mənbəyi kimi istifadə olunacaq.