Şuşanın Daşaltı postuna erməni vətəndaşı tərəfindən qumbara atılması nəticəsində üç Azərbaycan hərbçisi yaralanıb. Bu barədə noyabrın 13-də DİN və Baş Prokurorluq birgə məlumat yayıb.
Məlumata əsasən, noyabrın 13-də saat 07:12-də Ermənistan vətəndaşı Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkət edib. 1975-ci il təvəllüdlü Norayr Mirzoyan avtomobildən düşüb Şuşanın Daşaltı kəndinin yaxınlığında Azərbaycan və Rusiya hərbçilərinin istiqamətinə əl qumbarası atıb.
Faktla bağla Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılıb.
***
10:41
Bugün, 13 noyabr tarixində saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığında erməni vətəndaşı Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb. Bu barədə Caliber məlumat yayıb.
Məlumata görə, hadisəni törədən şəxs Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.
Caliber-in yaydığı videogörüntülərə əsasən, qumbara partlayışı nəticəsində ən azı bir Azərbaycan hərbçisi yaralanıb. Hazırda onun həyatı üçün təhlükə yoxdur.