Zəfər bayramı ərəfəsində “Şuşa, sən azadsan” sənədli filmi geniş auditoriyaya teqdim ediləcək. Bu barədə Bakı Media Mərkəzi noyabrın 2-də məlumat verib.
“Şuşa əməliyyatı”nın detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunacaq. Filmdə əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 2020-ci ilin 7 noyabr tarixində Şuşaya daxil olmuşdur. Noyabrın 8-də isə Prezident İlham Əliyev Şuşanın işğaldan azad edildiyini bəyan etmişdir.