28 yanvar 1992-ci ildə Şuşanın Xəlfəli kəndi yaxınlığında Azərbaycanın “Mİ-8” mülki vertolyotu erməni hərbi birləşmələri tərəfindən vurulmuşdur. Ağdamdan Şuşaya uçan sərnişin vertolyotu eniş zamanı “Stinger” raketləri ilə atəşə tutulmuşdur. Hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə isə 44 nəfər həlak olub.
Erməni tərəfi raket atma faktını təsdiq etmişdir. Ermənilər helikopterin sursat daşıdığını ehtimal edərək, bu səbəbdən onu atəşə tutduqlarını iddia ediblər.
Mi-8 ekipajının komandiri pilot Viktor Seryogin idi. O, yanan təyyarəni yaşayış binalarından uzaqlaşdıraraq, bununla da daha çox insanın ölümünün qarşısını ala bilmişdir. Viktor Seryogin ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb və Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.