Noyabrın 22-dən Şuşa şəhərində ASAN xidmətin “Mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi” proqramının tətbiqinə başlanılıb. Bu haqda Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi məlumat verib.
“Sənəd dövriyyəsinin elektronlaşdırılması əsas amillərdən biridir. ASAN xidmətlə əməkdaşlığa başlamağımızı vacib mərhələ kimi qiymətləndiririk. Əməkdaşlarımız üçün “ASAN Login”, “myGov”, İnsan resurslarının idarə olunması sistemi haqqında ətraflı məlumat verilib”, - deyə Qoruğun İdarə Heyətinin sədri bildirib.