Şuşada “Korkut Ata” Türk Dünyası Beynəlxalq Film Festivalı baş tutacaq. Bu haqda noyabrın 12-də Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib.
Qonşu ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoyun sözlərinə görə, tədbir 2022-ci ildə Bursada, 2023-cü ildə isə Azərbaycanın mədəniyyət paytaxtında keçiriləcək.
Qeyd edək ki, noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci “Korkut Ata” festivalında ilk mükafat Azərbaycana təqdim edilib.
KorkutAta Film Festivalinde ilk ödül can Azerbaycan’a.
Karabağ Zaferi üzerine #BİZ Belgeseli’nin yapımına desteği nedeniyle ödül Arzu Aliyeva hanımefendiye takdim edildi. ? pic.twitter.com/neL0215ElW
— Cahit Bağcı (@CahitBagci) November 12, 2021