Minatəmizləmə Agentliyinin təmsilçiləri Şuşada keçirdikləri əməliyyatlar zamanı silah-sursat tapıb. Bu barədə yanvarın 11-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şəhər ərazisindən 6 “Faqot”, 5 ”Muxa”, 1 pulemyot, 1 qumbaraatan, 8 qumbara, 110 müxtəlif növ mərmi, 3 avtomat sandığı və 2 712 müxtəlif çaplı güllələr aşkar edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.