“Şuşa mədəniyyət paytaxtıdır, burada yaşayış bir çox şəhərlərdən fərqli olacaq. Şuşada ağır sənaye müəssisələri olmayacaq, sırf turizm və mədəniyyət yönümlü obyektlərin inşası və inkişaf etdirilməsi nəzərdə tutulur”, - deyə sentyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi məlumat verib.