Şuşanın qışa hazırlıq vəziyyəti yoxlanılıb. Bu barədə oktyabrın 28-də Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Twitter hesabında paylaşım edib.
“Şəhərin əsas bina və obyektlərinin istiliklə təmin olunması həyata keçiriləcək. Şuşa şəhərinin istilik sistemi qışa tam hazırdır", - deyə xüsusi nümayəndə əlavə edib.
Energetika naziri Pərviz Şahbazovla Şuşanın qış fəslinə hazırlığı çərçivəsində "Azəristiliktəchizat”-ın istilik qazanxanalarına baxış keçirdik.Cənab Prezidentin müvafiq tapşırıqlarına uyğun olaraq,şəhərin əsas bina və obyektlərinin istiliklə təmin olunması həyata keçiriləcək. pic.twitter.com/rhSO7GgZvw
— Aydin Karimov (@AydinKarim2020) October 28, 2021