Bakıdan səhər 06:30-da Şuşa şəhərinə növbəti sərnişin avtobusu yola düşüb. Bu haqda yanvarın 29-da Trend məlumat yayıb.
Bakı-Şuşa-Bakı biletinin bir istiqamətə olan qiyməti 10,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) biletinin bir istiqamətə qiyməti isə 7 manatdır.
Əhmədbəyli-Şuşa marşrutu həftədə 4 dəfə təşkil edilir.
Səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə bilər.