Bir neçə gün əvvəl Bakıda "Bolt" taksi şirkətinə məxsus BYD avtomobilinin qəza törədən sürücüsü ilk dəfə danışıb.
İnsanoid.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov bildirib ki, o, narkoloji testdən keçib: "Məni sadəcə qıcolma tutdu, dilim qatlandı, bərk qaza basdım".
O, 90 min manat məbləğində pul yığılması və bunun qarşılığında avtomobil hədiyyə ediləcəyi barədə yayılan şayiələrə də aydınlıq gətirib:
"Cəmi 3-4 min pul yığılıb. Maşın da hədiyyə edilməyib. Yalan söhbətdir".
Xatırladaq ki, 10 aprel tarixində Bakıda "Bolt" taksi şirkətinə məxsus BYD avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib.