Belarus və Azərbaycan yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqası matçı Serbiyada keçiriləcək. Bu haqda aprelin 28-də AFFA məlumat yayıb.
Oyun iyunun 6-da Novi Sad şəhərindəki “Karadjordje” stadionunda təşkil olunacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, UEFA martın 3-də Belarus millisinə və klublarına sanksiya tətbiq edib. Onların ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyulub.