Ukraynada həbs edilərək Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi fevralın 7-nə təyin edilib. Bu haqda Report məlumat yayıb.
Hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. Zərərçəkən şəxs qismində 90 nəfər tanınır. İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsilə ittiham irəli sürülüb.
Qeyd edək ki, sözügedən şəxs 2020-ci ilin yanvar ayının 10-dan “dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə” maddəsi ilə beynəlxalq axtarışa verilmişdir. O, Ukrayna ərazisində yaxalanıb və sentyabrın 18-də Azərbaycana gətirilərək istintaqa təhvil verilib.