Ukraynada həlak olan 5 Azərbaycan vətəndaşının cənazəsi Vətənə yola salınıb. Bu barədə martın 15-də Report Xarici İşlər Nazirliyinin rəsmisi Leyla Abdullayevaya istinadən xəbər verib.
Ukraynadakı vəziyyətlə əlaqədar həlak olan 5 Azərbaycan vətəndaşının, həmçinin Odessadan Moldovaya şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan və Kuçurqan keçid məntəqəsində naməlum şəxslər tərəfindən odlu silahlardan açılan atəş nəticəsində dünyasını dəyişən 4 nəfərin, bununla yanaşı Xarkovdakı atəş nəticəsində həlak olan 35 yaşlı şəxsin cənazəsi martın 14-də Azərbaycana yola salınıb. Onlar Moldovanın Kişineu şəhərindən Rumıniya və Bolqarıstan ərazisinə keçirilməklə Türkiyəyə, oradan isə təyyarə ilə Azərbaycana gətirilir.