Ukrayna ordusunun hərbçisi olan azərbaycanlı yaralanıb. Bu haqda aprelin 3-də Vinnitsa vilayəti üzrə Azərbaycanlılar Cəmiyyətinin sədri Əliş Səfərov Report-a bildirib.
Ruslan Xəlilov Zaparoji istiqamətində xəsarət alıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir. Donetsk istiqamətində yaralanan digər soydaşımız Raqif Əliyev Vinnitsa şəhər xəstəxanasında müalicə olunur.
Qurumdan verilən məlumata görə, həmyerlilərimizin müalicələri xüsusi qayğı ilə aparılır və hər iki şəxsin vəziyyəti normaldır.
Qeyd edək ki, hər iki hərbçi Ukrayna vətəndaşlarıdır.