Ümumilikdə Ukraynadan Azərbaycana indiyədək 5000 nəfərdən çox şəxs və onların ailə üzvləri Azərbaycana təxliyə olunub. Bu barədə 10 mart tarixində Xarici İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, indiyə qədər Rumıniyanın Buxarest və Yassi, Polşanın Katoviçe şəhərlərinə 12 çarter reysi və çoxlu sayda avtobus reysləri təşkil olunub.
Həmçinin bildirilib ki, Ukraynadan həmsərhəd ölkələrə üz tutmuş Azərbaycan vətəndaşları və onların digər ölkələrin vətəndaşları olan ailə üzvlərinin Azərbaycana təxliyə olunması istiqamətində davamlı tədbirlər görülür.