Ötən il Ukraynada qanunsuz yaşayan və deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub. Bu haqda yanvarın 11-də Ukrayna Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
2021-ci ildə ümumilikdə 1 448 vətəndaşımızın qeyri-qanuni miqrant olduğu müəyyən edilib.
1 380 Azərbaycan vətəndaşı məcburi ölkəsinə geri qaytarılıb, 47 soydaşımızın isə Ukrayna dövləti hüdudlarından məcburi qovulması barədə qərar çıxarılıb.