2012-ci il avqustun 1-dən 2021-ci il avqustun 1-ə qədər ümumilikdə 9 620 Azərbaycan vətəndaşı Ukraynadan deportasiya olunub. Bu barədə Ukraynanın Dövlət Miqrasiya Xidməti avqustun 21-də məlumat verib.
Deportasiya olunan şəxslərdən 9 193 nəfər məcburi geri qaytarılanlar, 403 nəfər məcburi ölkədən çıxarılanlar, 24 nəfər isə Azərbaycana könüllü qayıdanlardır.