top
Ulduzsuz hotellərin cərimələnməsi turizmə necə təsir edəcək?
16 dekabr 2021, 04:14
- ↺ +

Ulduzsuz hotellərin cərimələnməsi turizmə necə təsir edəcək?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda ulduz kateqoriyası olmadan fəaliyyət göstərən hotellər təkcə hotel haqqında deyil, ölkə haqqında da mənfi fikir formalaşdırırlar. Bu sözləri 16 dekabr tarixində Reporta açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

“Ölkədə fəaliyyət göstərən hotellərin sayı rəsmi statisitikaya görə 650-dən çoxdur. Onların bir çoxu ulduz almadan, yəni kateqoriya sisteminə daxil olmadan binalarının üzərində, müxtəlif satış kanallarında ulduz sahibi olduqlarını göstərirdilər. Bu da turistin hüquqlarının pozulmasına gətirirdi”, - “Turizm haqqında” qanuna edilən dəyişikliyi şərh edərkən Assosiasiyasının sədri bildirib.

Samir Dübəndi söyləyib ki, ulduz kateqroiyası yerləşəcəyi yeri seçməkdə turist üçün ilk amillərdən biridir: “Turist özünə dörd ulduzlu hotel seçirdi, gəlib görürdü ki, həmin hotel aşağı kateqoriyalıdır və məyus olurdu. Hotelin vurduğu maddi və mənəvi ziyan təkcə hotel haqqında deyil, ölkə haqqında da mənfi fikir formalaşdırırdı”.

Onun fikrincə, ulduz kateqoriyasının müəyyənləşdirilməsi prosesi icbari xarakter daşımalıdır və cərimələr tətbiq olunmalıdır.

Həmçinin Samir Dübəndi əlavə edib ki, biznesin də maraqlarını unutmaq olmaz: “Sərt qapanmalar turizm müəssisələrinə böyük ziyan vurub. Bu gün müəssisələrin maliyyə durumu heç də sağlam deyil. Ona görə yaxşı olardı ki, təsnifat sisteminə qoşulmaq üçün xərclər ləğv edilsin və onların yerinə simvolik rəqəmlər təyin olunsun”.

Qeyd edək ki, dekabrın 14-də Milli Məclisin iclasında “Turizm haqqında” qanuna edilən dəyişikliyə əsasən, mehmanxanalar ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə 2000-5000 manatadək məbləğdə cərimə ediləcək.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Cəmiyyət
Dünən, 16:54

Ermənistanda saxlanılan azərbaycanlı hərbi qulluqçunun atası oğlu ilə əlaqə yaradılmasını istəyir

Siyasət
Dünən, 16:29

"Dünyada heç bir ölkə təkbaşına inkişaf edə bilməz" - İsrail Prezidenti

Siyasət
Dünən, 16:23

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 16:05

Lənkəranda toyuq kəsimi sexinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
Dünən, 15:48

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Cəmiyyət
Dünən, 15:16

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri 8 il müddətə azadlıqdan məhrum edilib

Siyasət
Dünən, 14:33

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib - YENİLƏNİB/FOTO

Siyasət
Dünən, 14:19

Prezident: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"

Cəmiyyət
Dünən, 12:49

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

Cəmiyyət
Dünən, 12:32

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Cəmiyyət
Dünən, 12:11

Azərbaycanda "Rəqəmsal rabitə" informasiya sistemi yaradılır

Cəmiyyət
Dünən, 11:58

Aygün Kazımova məktəblərdə hicab müzakirələrinə qoşuldu: "Qarşıdurma yaratmaq yolverilməzdir"

Cəmiyyət
Dünən, 10:31

Aktrisa Demet Özdemir sel səbəbindən studiyada köməksiz vəziyyətdə qaldı - VİDEO

Cəmiyyət
Dünən, 09:53

Reper Navai Qazaxıstanda yeni cəza ilə üz-üzədir

Cəmiyyət
Dünən, 09:26

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Bütün Xəbərlər
Dünən, 00:05

Bu gün İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bütün Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Bütün Xəbərlər
14 oktyabr 2026, 16:35

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Bütün Xəbərlər
14 oktyabr 2026, 16:25

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Bütün Xəbərlər
14 oktyabr 2026, 16:13

Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarıla bilər

Bütün Xəbərlər
14 oktyabr 2026, 15:53

Sərxoş sürücü ailə faciəsinin səbəbkarı oldu

Bütün Xəbərlər
14 oktyabr 2026, 15:40

Kartdan-karta pul köçürmələri ödənişli olacaq?

Bütün Xəbərlər
14 oktyabr 2026, 14:48

İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub

Oxşar xəbərlər