Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədqiqatçılar üçün erməni dilinin tədrisinə başlanılıb. Bu barədə UNEC oktyabrın 27-də məlumat yayıb.
Məqsəd qonşu ölkənin mətbuatını izləmək, bu dildə olan elektron resurslardan istifadə etməklə araşdırmalar aparmaq imkanı yaratmaqdır. Bununla, həmçinin tədqiqatçılar Ermənistanın iqtisadi durumu ilə bağlı onların dilində olan mənbələrdən dolğun məlumat əldə edə biləcəklər.
Təlimlər Ermənistan İqtisadiyyatını Araşdırma Mərkəzi tərəfindən təşkil olunur. Kursların 6 ay davam edəcəyi planlaşdırılır.