Azərbaycanda unun ixracında tətbiq edilən gömrük rüsumu dəyişib. Bu barədə 9 sentyabr tarixində Baş nazir Əli Əsədov qərar qəbul edib.
Qərara əsasən, bərk buğda, yumşaq buğda, pərinc və buğda-çovdar ununa qoyulan 15% ixrac gömrük rüsumu hər 1000 kiloqrama 200 dollar ixrac gömrük rüsumu ilə əvəz olunub.
Sözügedən qərar 2022-ci ilin may ayının 1-dək qüvvədə olacaq.